SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkar: “Azərişıq” mənə 25 min manat maddi ziyan vurub”

Sahibkar: “Azərişıq” mənə 25 min manat maddi ziyan vurub”

Tarix:

25-05-2020, 17:16

/ 1 305 dəfə oxundu.
Sahibkar: “Azərişıq” mənə 25 min manat maddi ziyan vurub”

Sahibkar “Azərişıq” ASC-ni məhkəməyə verib.

Bakı Kommersiya Məhkəməsinə müraciət edən iddiaçı Nizami Kərimzadə hesablanmış 17 143 manat borcun silinməsi barədə tələ irəli sürüb.
İddia ərizəsində qeyd edilib ki, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6,937 ha torpaq sahəsində inşa edilən istixanaya verilən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində 25 000 manat maddi zərər dəyib
N.Kərimzadə həmin dəymiş 25 000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edib.
Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edib ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməyib.(report.az)

Şərhlər

XƏBƏR LENTİ