SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra Hakimiyyətinin vəzifəli şəxsi nədə ittiham olunur? — Şok faktlar

İcra Hakimiyyətinin vəzifəli şəxsi nədə ittiham olunur? — Şok faktlar

Tarix:

19-01-2021, 11:50

/ 937 dəfə oxundu.
İcra Hakimiyyətinin vəzifəli şəxsi nədə ittiham olunur? — Şok faktlar

Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən İslam Abayevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən islam Abayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2011-ci ildən 2020-ci il tarixədək Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib: “Nümayəndəliyin tərkibinə Quba rayonunun Mirzəməmmədkənd, Əlibəyqışlaq, Ağbil, Dəlləkli və Vladimirovka kəndləri daxildir. Arayışların verilməsi qaydasına əsasən nümayəndəlikdə arayışlar səlahiyyətli şəxs kimi tərəfindən imzalandıqdan və İƏD-in ona təhkim olunmuş möhürü ilə tərəfindən təsdiqləndikdən sonra “Verilən arayışların qeydiyyatı kitabı”nda qeydiyyatda keçirilib, həmin kitabda arayışın hansı tarixdə verilməsi, kimə verilməsi, nəyə görə verilməsi, arayışın təqdim olunduğu yer və arayışı alan şəxsin imza olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arayış verməsində əsas məqsədi kənd sakinlərinin təsərüfatlarının məhv olmaması olub: “Kənd sakinlərinin əsas hissəsinin torpağ sahələri Qusar və Xaçmaz rayonunun bir neçə kəndlərində yerləşir. Ona görə də arayışları rayon üzrə deyil, kimin hansı kənddə təsərrüfatı vardırsa, yalnız həmin kəndə gedib gəlmək üçün vermişəm. Sonradan səhv etdiyini bilib, bu barədə təcili rayon icra hakimiyyətinə məlumat vermişəm”.

İslam Abayev qeyd edib ki, nümayəndəlikdə “Verilən arayışların surəti qovluğu” olun, həmin qovluqda Quba rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka İnzaibati Əərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışların kserosurəti olub: “Bəzən bir nəfərin 4-5 ailə üzvünə eyni arayış verildikdə əlavə vaxt getməməsi üçün ailənin bir üzvünə verilən arayışın kserosurəti qovluğa əlavə olunub, digər üzvlərin adları isə arayışın kserosurətində qələmlə tərəfindən yazılıb və qarşısında verilən arayışın nömrəsi qeyd olunub. 2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazisində Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. 2020-ci il tarixli, 124 saylı qərar ilə rayonlararası hərəkət məhdudlaşdırılıb. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2020-ci il tarixdə, 126 saylı qərar qəbul edilib. Həmin qərara əsasən kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat qəbul edilib. Həmin təlimata əsasən kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti kənd daxilində sərbəst qaydada, rayon daxilində, yəni kəndlərarası, rayon-kənd və ya kənd-rayon arasında hərəkət İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri tərəfindən verilən arayışa əsasən həyata keçirilib. Həmin təlimatda həmçinin, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin rayonlararası hərəkətinin rayon yerli icra hakimiyyəti orqanları tərəfindən verilən arayış ilə, Bakı, Sumqayıt və Abşeron rayonların hərəkət isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinin arayışı əsasında həyata keçirilməsi göstərilib. Hər bir rayon icra hakimiyyətində icra nümayəndələrinə ərazi idarəetmə şöbələrinin məsləhətçiləri tərəfindən nəzarət olunub”.

İslam Abayev bildirib ki, 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 126 saylı qərar və qərara əlavə təlimat qəbul olunduqdan sonra rayon İcra Hakimiyyətində ona “Whatsapp” sosial şəbəkəsində həmin qərar göndərilib: “Həmin qərarı oxudum, həmin qərara əsasən yalnız kəndlərarası, rayon-kənd və kənd-rayonarası arayış verilməsi İnizibati Ərazi Dairəsi üzrə nümayəndələrinə tapşırılıb. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin rayonlararası hərəkəti rayon yerli icra hakimiyyəti orqanları tərəfindən verilən arayışla tənzimlənmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yalnız kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə yalnız rayon daxilində onların sərbəst hərəkətlərinə şarait yaradan arayış vermək səlahiyyətinin olmasını bilmişdim. Vəzifəli şəxs kimi qərarı oxudum və başa düşdüm. Lakin, fikirləşdim ki, əgər kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin rayonlararası hərəkəti rayon yerli icra hakimiyyəti orqanları tərəfindən verilən arayışla tənzimlənirsə, rayon icra hakimiyyətinin bir nümayəndəsi kimi mən də həmin növ arayışları verə bilərəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci il tarixdən etibarən rəhbərlik etdiyi nümayəndəlikdə yaşayan, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin rayonlararası sərbəst hərəkəti üçün arayışlar verməyə başlayıb.

İfadəsinin sonunda təqsirləndirilən şəxs təqsirini etiraf edib, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Quba rayon Məhkəməsinin hökmü ilə İslam Abayev 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Şərhlər

XƏBƏR LENTİ