SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi

Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi

Tarix:

30-12-2020, 15:03

/ 870 dəfə oxundu.
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmkarlar!

Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilmişdir. Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqlənmişlər.

Şərhlər

XƏBƏR LENTİ