XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Gilan Holdinq” sədrinin birinci müavini “Azər-Maya”ya rəhbər gedib - DOSYE

"Gilan Holdinq” sədrinin birinci müavini “Azər-Maya”ya rəhbər gedib - DOSYE

"Gilan Holdinq” sədrinin birinci müavini “Azər-Maya”ya rəhbər gedib - DOSYE
4-12-2020, 13:13

Azərbaycanda preslənmiş sərt xəmir maya istehsalçısı “Azər-Maya” ASC-nin idarə olunması yeni şəxsə tapşırılır.

Banker.az-a istinadən xəbər veririk ki, ölkənin ən böyük holdinqi “Gilan Holdinq”in İdarə Heyət sədrinin 1-ci müavini Rüfət Əhədağa oğlu Məmmədov “Azər-Maya”nın İdarə Heyətinə sədr (CEO) təyin edilib.
Buna qədər isə “Azər-Maya”nın İdarə Heyətinin sədri Etibar Hidayət oğlu Babayev idi.

R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.

O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.

Üç il sonra (2015 – sentyabr) “Gilan Holdinq”-ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrna qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin (CEO) 1-ci müavini kimi təyin edilmişdi.

“Azər-Maya” Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,Dağlıq küçəsi, 3105-ci məhəllədə fəaliyyət göstərir.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda ASC-nin direktoru Şahbazov Azər Firudin oğludur.

“Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.