XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi QANUNLARA QARŞI... - 4 ildir qərarını icra etdirmir

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi QANUNLARA QARŞI... - 4 ildir qərarını icra etdirmir

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi QANUNLARA QARŞI... - 4 ildir qərarını icra etdirmir
30-12-2019, 11:28

"Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun-Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya , məhkəməyə də məcburidir . Amma və nə yazıq , məhkəmələr özləri yalnız Konstitusiyaya tabe olmalı olduqları halda , qəbul etdikləri qərarları icraya belə yönəltməyi “unudurlar”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə qeyd olunur.

Məqalədə daha sonra bildirilir: "Özü də bu “unutqanlıq” borclu dövlət qurumu olanda lap Alzheymer - yaddaş itirmə xəstəliyi həddinə çatır. Təsəvvür edin , ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX ) qarşı 1-ci dərəcəli Qarabağ əlilinin mənzillə növbədənkənar təmin olunmağı haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ( BİİM) qaldırdığı iddia 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarla təmin olunub . Lakin 4-cü ildir dövlətin adından çıxarılan məhkəmə qərarı , ümumiyyətlə , icraya yönəldilməyib . Halbuki İnzibati Prosessual Məcəllənin (İPM) 79-cu maddəsinə görə , məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur və məhkəmə qərarının borclu tərəfindən könüllü olaraq icra olunmadığı hallarda İPM-in 116-121-ci maddələri və “ İcra haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir . İPM-in 116.2 maddəsində icranın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi təsbit olunsa da , tələbkar Qarabağ əlilinin borclu ƏƏSMN yanında DSTX-ya (hazırda DSTX ləğv olunub və funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilib ) qarşı 4 ildir qanuni qüvvəyə minmiş iddiası üzrə 1 saylı BİİM qəbul etdiyi qərarının icrasını təmin etməkdən imtina edir . Bu özbaşınalığa Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası “ hüquqi qiymət” verərək , hakim Şərafət Məmmədovanı yuxarı instansiyaya - Bakı Apellyasiya Məhkəməsinə transfer edib! (?) Fikir verin , bu xanım hakim məhkəmə qərarını icraya yönəltmədən borclu ƏƏSMN yanında DSMF-in borca aidliyi olmayan hüquqi şəxslərlə iş idarəsindən (??) məktub alıb ki , guya hüquqi şəxslərlə iş idarəsi borcunu yerinə yetirərək Qarabağ əlilini mənzillə təmin edib ! (?) Özbaşınalığa baxın , görün , məhkəmə hakimi qərarını köhnə tarixə necə “ icra etdirib” ! Nə isə , Qarabağ əlili bu ilin fevralında yenidən 1 saylı BİİM -ə ərizə ilə müraciət edərək , İPM-in 118 və 120 maddələri əsasında məhkəmə qərarının məcburi icra olunmasının təmin edilməsi , icra haqqında qərardadın icrasına nəzarət olunmasını və borclu haqqında 50 min manatadək miqdarda cərimə tətbiqinə ərizə verib . Artıq 11 aydır tələbkar Qarabağ əlili hər ay ərizəsinə baxılmasını tələb etsə də , heç ərizənin hansı hakimə verilməsini də öyrənə bilməyib ! (?) Heç demə , 11 aydır tələbkarın ərizəsi Bakı Apellyasiya Məhkəməsindən 1 saylı BİİM -ə transfer olunan Aygün Abdullayevanın icraatında “ baxtının açılacağını “ - baxılacağı günü gözləyir ! Di gəl , hakimlər yerlərini dəyişsə də , özbaşınalıq dəyişməyib və hələ də tələbkar Qarabağ əlilinin və ərizəsinin baxtına gün doğmayıb . Məhkəmə sədri Rəşid Rzayev adi bir ərizəyə baxılmasını təmin edə bilmirsə , daha doğrusu , etmək istəmirsə , hansı məhkəmə təminatı hüququndan danışmaq olar ? Məhkəmə sədri və hakim Aygün Abdullayeva borclunu məhkəmə qərarının icrasına məcbur etmək əvəzinə , borclu ƏƏSMN -ə vəkillik etməsi ölkədə məhkəmə hakimiyyətinin faktiki formallığını ortaya qoyur .

Qərarının məcburi icrasını təmin etməkdən imtina edən məhkəmənin könüllü vəkillik xidmətini borclu ƏƏSMN , görəsən , natura şəklində ödəyir , yoxsa nağd pulla ?

Çox güman , Hesablama Palatası , Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası , Ombudsman , Baş Prokurorluq və yanındakı korrupsiya idarəsi və digər bağlantılı qurumlar nəyi bacarmasalar da , bu sualın cavabını tapmağı bacararlar . Təbii ki , özlərini əlavə vəkil kimi aparmasalar".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq..

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.