XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı Apellyasiya Məhkəməsinin sədrliyinə daha bir iddialı - NOVRUZ KƏRİMOVUN İSTƏYİ BAŞ TUTACAQMI?

Bakı Apellyasiya Məhkəməsinin sədrliyinə daha bir iddialı - NOVRUZ KƏRİMOVUN İSTƏYİ BAŞ TUTACAQMI?

Bakı Apellyasiya Məhkəməsinin sədrliyinə daha bir iddialı - NOVRUZ KƏRİMOVUN İSTƏYİ BAŞ TUTACAQMI?
7-11-2020, 10:24

Xəbər verdiyimiz kimimi Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevın səlahiyyət müddəti bitib.

Ancaq 2 aydır ki,bu posta təyinat baş tutmur. Xatırladaq ki, Gununsesi.info-nun hələ bir müddət əvvəl bundan qabaq apardığı araşdırmada İman Nağıyevin öz postuna qayıtması üçün ciddi səylər göstərdiyi deyilirdi.

Bu arada Gununsesi.info-ya daxil olan daha bir məlumatda Bakı Apellyasiya Məhkəməsinin sədri postuna iddialılardan biri məlum olub.

Belə ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Novruz Kərimovun ikinci instansiya məhkəməsinə sədrlik üçün çalışdığı deyilir. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bu prosesdə Novruz Kərimov üçün yeganə maneə onun vaxtilə sabiq MTN şefi Eldar Mahmudovun yaxını olmasıdır.

Qeyd edək ki, vaxtilə MTN-nin İstantaq Baş İdarəsində müstəntiq kimi çalışan Kərimov sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinə yerləşdirilib.

Hakim olduğu müddət ərzində MTN tərəfindən şərlənərək həbs edilən şəxslərə sifarişli hökmlər çıxarıb.

Təəssüf ki, MTN-nin ifşasından sonra bu qurumdakı cinayətkar şəbəkəyə bağlı olan bəzi şəxslər kimi Kərimov da cəzasız qaldı.

Görünür ötən 5 ildə unudulduğunu düşünən Kərimov indi daha böyük iddiaya düşüb.

Azərbaycan cəmiyyətində məhkəmə-hüquq sisteminə olan ümidin itməsi fonunda Kərimov kimi şəxslərin irəli çəkilməsi daha da mənfi münasibətə səbəb ola bilər. Ona görə də onun bur arzusunun ürəyində qalacağı gözləniləndir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.