Azərbaycanda hakim adına daha bir rəzalət - NOVRUZ KƏRİMOV MƏHKƏMƏ ZALININ QAPISINI ARXADAN BAĞLAYIB PROSES APARIR
Azərbaycanda hakim adına daha bir rəzalət baş verib.
Xalqxeber.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik etdiyi açıq məhkəmə iclasında proses keçirilən zalın qapısını arxadan bağlatdırıb. Nəticədə vəkil Elçin Sadıqov iştirakçısı olduğu prosesə qatıla bilməyib.
Vəkil deyir:
“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov digər vəkilin olmasını bəhanə edərək gecikmiş vəkili, məhkəmə iclas zalına buraxmır. Qapını cəftəylə bağlayıb”.
Gununsesi.info xatırladır ki, Novruz Kərimov sabiq MTN rəhbəri Eldar Mahmudovun məhkəmə sisteminə yerləşdirdiyi hakim kimi tanınır. O, MTN tərəfindən şərlənən yüzlərlə vətəndaş barəsində sifarişli hökmlərin müəllifidir. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...