XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » FHN şefi postunda dəyişiklik gözlənilir - İDDİA

FHN şefi postunda dəyişiklik gözlənilir - İDDİA

FHN şefi postunda dəyişiklik gözlənilir - İDDİA
12-10-2020, 11:17

Köhnə qvardiya”nın ən alınmaz qalası olan Ramiz Mehdiyevin çöküşümdən sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcəyi təxmin edilir. Bu haqda məlumat verən mənbə bildirir ki, Kəmaləddin Heydərov daxil olmaqla “Naxçıvan klanı”- nın təzyiqlərini yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərara alınıb. Təbii ki, bu klanın başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və iqtisadikapital yığmış Kəmaləddin Heydərovdur.
Hakimiyət daxilindən verilən özəl məlumatlara görə, Kəmaləddin Heydərovun baş nazir, daha sonra isə vitse-prezident olmaq iddiası və son zamanalr bu iddiaları ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artması “fövqəlnazir”- i zərəsizləşdirmək düşüncələrini qətiləşdirib. Xatırladaq ki, öncəki illərdə də onun haqqında analoji qərarlar verilmişdi. Lakin onun tam iddialarını biruzə verməməsi, hələ kifayət qədər “şişməməsi” və hakimiyyət üçün lazımlı fiqur olması bu qərardan sonda geri çəkilməklə nəticələnmişdi. Bütün bunlarla bağlı bilgiləndirən mənbənin sözlərinə görə, artıq FHN şefinin həyata keçirdiyi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən “qara siyahı”- ya düşüb. Kəmaləddin Heydərov ölkədə bir çox sahələr faktiki olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və ölkədənixrac olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük Komitəsi də onun nəzarəti altındadır.
Bir neçə il bundan öncə ABŞ- ın Azərbaycandakı səfirliyinə istinadən WikiLeaks saytı da Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı. Maraqlıdır ki, həmin dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks etdirir, bu gün daha doğru və dolğun görünür. “WikiLeaks” saytında yazılanları xatırladırıq: “Yerli biznesmenlərlə söhbətlərdə ancaq bir ad eşitmək mümkündür – Kəmaləddin. Onu faktiki olaraq ölkənin ən qüdrətli adamı hesab edirlər”, “Onun şəxsi işgüzar çevrəsi də səlahiyyətləri kimi genişdir. Heydərovnəhəng “ATA Holdinq” konqlomeratını idarəedir, o həmçinin “Caspian Fish Company”insahibidir. Gömrükdə ki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkiləri stehsalı və idxalında da güclü maraqları var, habelə Bakıda kıiri tütün fabriki də onun himayəsindədir. Heydərov “Gilan” holdinqinin də sahibidir. 2006-cı ildə Heydərov Azərbaycanda narşirəsi bazarını da inhisara alıb. Bir sözlə “siyasi nöqteyi-nəzərdən Heydərovun imkanları onun nazir vəzifəsindən xeyli uzağa gedir”, “Bir çox müşahidəçilərə görə, o, daha çox hakimiyyət əldə edə bilər. Heydərovun adı tez-tez baş nazir postuna iddialılar arasında da çəkilir”, “Bir çoxları hesab edir ki, FHN-in əlində hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd edə bilər”. Göründüyü kimi onun haqında yazılanlar hazırda yazıda bəhs etdiyimiz məqamlarla tamamilə üst- üstə düşür. Belə görünür ki, o istənilən vaxt ölkədə iqtisadi gərginlik, süni bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi vasitələr onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət üçün təhlükəlidir.
Media sahəsində son 10 ildə nə qədər elektron və çap məhsulları mediası yaratsa da, müxtəlif holdinqlər qursa da bu sahədə də başarılı ola bilmədi. Müxalifət mediasına uduzur. Onun nəzarətində olan media qurumlarının texniki resurlsları, işçi heyəti, maaşları yüksək olsa da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah məlumatlar, verilişlər oxucu tərəfindən qəbul edilmir. Çoxlu saylı çap vəelektron media quruluşları etimadı və onlara qoyulan investisiyaları doğrultmadı. Digər tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da onu bu sahədə müxalifətə uduzdurur.
Onu da bildirək ki, fövqəlnazirin imkanları onun iddialarına sədd çəkməyib. Beləki, daxil olan məkumata görə, K.Heydərov prezident adminstrasiyasının rəhbəri postuna iddialıymış və mənbənin sözlərinə görə bunu qeyd etmək səviyyəsinə qədər inamlı davranıb. Həmin “fövqəlarzuya” görə nazir postunda da sabiq deputat Hacı Salayev əyləşməliymiş. Bu planın uş olma səbəbi isə yuxarıda göstərildiyi kimi, Kəmaləddin Heydərovun böyük imtiyazların, səlahiyyətlərin və iri kapitalın fonunda ona verilən şansları və imkanları laımınca dəyərləndirə bilməməsi oldu. Daha çox öz şəxsi hakimiyyətini möhkəmlətmək və imperiyasını qurmaq üçün çalışması, yerli və beynəlxalq ictimaiyyətin gözündə monopolist, kariyerist, korrupsioner məmur obrazı yaratması K.Heydərova son zərbəsini vurub və indi “məğlubedilməz” nazir çıxış yolları axtarır. O ən azından Ramiz Mehdiyev kimi gündəm mövzusu olmamaq üçün yeni yol tapıb. Məlumatlı mənbənin verdiyi məlumata görə K.Heydərov xarici əlaqələrini işə salaraq görəvdən alındıqdan sonra Orta Asiyaya səfir göndərilməsi üçün xahişdə bulunub. Amma bu xahişin müsbət cavablandırılacağı inandırıcı görünmür. Şünki, yeni Qvardiya K. Heydərovun iqtisadi- siyasi gücü ilə bərabər iddialarının artması fonunda onu tam zərərsizləşdirmək kursu götürüb.//cumhuriyyet.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.