SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Fövqəlçöküş” – Kəmaləddin Heydərovun da “qələmi qırılır”

“Fövqəlçöküş” – Kəmaləddin Heydərovun da “qələmi qırılır”

Tarix:

13-03-2017, 01:06

/ 7 282 dəfə oxundu.
“Fövqəlçöküş” – Kəmaləddin Heydərovun da “qələmi qırılır”

FHN şefinin həyata keçirdiyi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki, dayandırılıb; Onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb
Nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək. Bu haqda daxil xəbərdə Ziya Məmmədovla bağlı başlayan prosesin əslində hakimiyyətdəki “oliqarx ovu” planının tərkib hissəsi olduğu qeyd olunur. Mənbə bildirib ki, Kəmaləddin Heydərov daxil olmaqla “Naxçıvan klanı”- nın təzyiqlərini yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərara alınıb. Təbii ki, bu klanın başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və iqtisadikapital yığmış Kəmaləddin Heydərovdur.
Hakimiyət daxilindən verilən özəl məlumatlara görə, Kəmaləddin Heydərovun baş nazir, daha sonra isə vitse-prezident olmaq iddiası və son zamanalr bu iddiaları ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artması “fövqəlnazir”- i zərəsizləşdirmək düşüncələrini qətiləşdirib. Xatırladaq ki, öncəki illərdə də onun haqqında analoji qərarlar verilmişdi. Lakin onun tam iddialarını biruzə verməməsi, hələ kifayət qədər “şişməməsi” və hakimiyyət üçün lazımlı fiqur olması bu qərardan sonda geri çəkilməklə nəticələnmişdi. Bütün bunlarla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq FHN şefinin həyata keçirdiyi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən “qara siyahı”- ya düşüb. Kəmaləddin Heydərov ölkədə bir çox sahələr faktiki olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və ölkədənixrac olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük Komitəsi də onun nəzarəti altındadır. Yəni o istənilən vaxt ölkədə iqtisadi gərginlik, süni bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi vasitələr onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət üçün təhlükəlidir.
2013- cü il prezident seçkilərinə qədər olan mühüm hissə və seçkinin əhəmiyyətli bir hissəsi K. Heydərova tapşırılmışdı. Ona hakimiyyətə loyal, üzü yola müxalifət formalaşdırmaq tapşırılsa da o bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun yaratdığı və seçkilərə qoşduğu qondarma “Naxçıvan klanı”-nın müxalif namizədləri yerli və beynəlxalq ictimaiyyətin gözündə İlham Əliyevə qarşı əks effekt yaratdılar. Naxçıvanlıların təbrincə desək “donqili müaxlifətçilik”- dən o yana gedə bilmədilər.
Media sahəsində son 10 ildə nə qədər elektron və çap məhsulları mediası yaratsa da, müxtəlif holdinqlər qursa da bu sahədə də başarılı ola bilmədi. Müxalifət mediasına uduzur. Onun nəzarətində olan media qurumlarının texniki resurlsları, işçi heyəti, maaşları yüksək olsa da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah məlumatlar, verilişlər oxucu tərəfindən qəbul edilmir. Çoxlu saylı çap vəelektron media quruluşları etimadı və onlara qoyulan investisiyaları doğrultmadı. Digər tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da onu bu sahədə müxalifətə uduzdurur.
Bir neçə il bundan öncə ABŞ- ın Azərbaycandakı səfirliyinə istinadən WikiLeaks saytı da Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı. Maraqlıdır ki, həmin dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks etdirir, bu gün daha doğru və dolğun görünür. “WikiLeaks saytında yazılanlara nəzər yetirək; “Yerli biznesmenlərlə söhbətlərdə ancaq bir ad eşitmək mümkündür – Kəmaləddin. Onu faktiki olaraq ölkənin ən qüdrətli adamı hesab edirlər”, “Onun şəxsi işgüzar çevrəsi də səlahiyyətləri kimi genişdir. Heydərovnəhəng “ATA Holdinq” konqlomeratını idarəedir, o həmçinin “Caspian Fish Company”insahibidir. Gömrükdə ki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkiləri stehsalı və idxalında da güclü maraqları var, habelə Bakıda kıiri tütün fabriki də onun himayəsindədir. Heydərov “Gilan” holdinqinin də sahibidir. 2006-cı ildə Heydərov Azərbaycanda narşirəsi bazarını da inhisara alıb. Bir sözlə “siyasi nöqteyi-nəzərdən Heydərovun imkanları onun nazir vəzifəsindən xeyli uzağa gedir”, “Bir çox müşahidəçilərə görə, o, daha çox hakimiyyət əldə edə bilər. Heydərovun adı tez-tez baş nazir postuna iddialılar arasında da çəkilir”, “Bir çoxları hesab edir ki, FHN-in əlində hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd edə bilər”. Göründüyü kimi onun haqında yazılanlar hazırda yazıda bəhs etdiyimiz məqamlarla tamamilə üst- üstə düşür.
Göründüyü kimi Kəmaləddin Heydərov böyük imtiyazların, səlahiyyətlərin və iri kapitalın fonunda ona verilən şansları və imkanları laımınca dəyərləndirə bilməyib. Daha çox öz şəxsi hakimiyyətini möhkəmlətmək və imperiyasını qurmaq üçün çalışıb. Yerli və beynəlxalq ictimaiyyətin gözündə monopolist, kariyerist, korrupsioner məmur obrazı yaradıb ki, bunun da zərbəsi mövcud hakimiyyətə dəyib. Bütün bunları da nəzərə alan hakim komandada yerini möhkəmlətmiş Yeni Qvardiya K. Heydərovun iqtisadi- siyasi gücü ilə bərabər iddialarının artması fonunda onu tam zərərsizləşdirmək kursu götürüb.

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ