Fövqəladə hallar naziri Kəmaləddin Heydərov istefa ərizəsi yazıb
Bu barədə 10may.az saytı məlumat yayıb.
Sayt yazır ki, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Və FHN-in səlahiyyətlərinin ARDNŞ-nə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb.
Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun “Gilan” holdinqdən imtina etdiyi bildirilir.