SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçısı həbs olunan məmurun yerinə onu TƏYİN ETDİ

İcra başçısı həbs olunan məmurun yerinə onu TƏYİN ETDİ

Tarix:

27-08-2020, 17:58

/ 1 331 dəfə oxundu.
İcra başçısı həbs olunan məmurun yerinə onu TƏYİN ETDİ

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin Mənzil Təsərrüfatı İdarəsinə yeni müdir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ceyhun Nəcəfov təyin edilib.

Xatırladaq ki, idarənin keçmiş müdiri Eyyub Gülməmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində rüşvət alarkən cinayət başında saxlanılıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ