SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmə Alimpaşa Məmmədovla bağlı QƏRAR VERDİ

Məhkəmə Alimpaşa Məmmədovla bağlı QƏRAR VERDİ

Tarix:

28-04-2021, 17:27

/ 542 dəfə oxundu.
Məhkəmə Alimpaşa Məmmədovla bağlı QƏRAR VERDİ

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(report)
***
16:46
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov məhkəməyə gətirilib.
Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan A.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı icra başçısından əlavə onun sabiq birinci müavini - hazırki Şəmkir rayon təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Teymur Hacıyevin də saxlanıldığı bildirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şərhlər

XƏBƏR LENTİ