XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Rəşid Mahmudov: "Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"

Rəşid Mahmudov: "Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"

Rəşid Mahmudov: "Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"
23-08-2020, 11:45

Tanınmış ictimai xadim Rəşid Mahmudov Ramiz Mehdiyevin nəvəsinin karantin qaydalarını pozaraq toy etməsinə münasibət bildirib.

R.Mahmudov moderator.az-a açıqlamasında məsələyə sərt təpki verib:

"Bu cür kiçik amallarla məşğul olmayın. Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər. Məqamdır, mən ölüb gedəcəm, oğul. Siyasi məsələlərə diqqəti artırıb milləti Türkiyəyə yönəldin. Ramiz Mehdiyev də və başqaları da ölüb gedəcək. Bu millət Türkiyəylə əlaqələrini möhkəmləndirib Rusiyadan birdəfəlik qopmalıdır. 1818-ci ildən bəri rus bizim torpaqları paylaya-paylaya gəlir. Ramiz Mehdiyev hökuməti tanımır, rusun adamıdır. Bəs Ramiz Mehdiyev nəvəsinə toy edəndə səlahiyyətli dövlət qurumları harada idi? Əgər söz deyə bilmiriksə, onda ölməliyik".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.