XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı

Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı

Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
20-08-2020, 09:29

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

Ailə üzvlərindən aldığımız məlumata görə, son bir neçə həftə ərzində Əli müəllimin ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdır.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınmış və dərhal da xəstəxanaya yerləşdirilmişdir.

Aldığımız məlumata görə Əli Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

Əli Həsənov 2013-cü ildə ciddi bir infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılmış və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatına məruz qalmışdır. //veteninfo.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.