XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İcra başçıları üçün yeni ƏLƏMƏ DÖNƏMİ... - SİYAHI

İcra başçıları üçün yeni ƏLƏMƏ DÖNƏMİ... - SİYAHI

İcra başçıları üçün yeni ƏLƏMƏ DÖNƏMİ... - SİYAHI
14-08-2020, 11:00

"Bəlkə də bu gündən proses start götürəcək. Rayon icra başçılarının dəyişdirilməsi üçün müəyyən tədarük görülüb. Yenə də gənc kadrların təyinatlarda üstünlük təşkil edəcəyi gözlənilir". Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, sentyabr ayının ortalarına qədər RİH rəhbərlərinin əvəzlənməsi prosesi davam edə bilər:

"Hələlik ilkin planlama belədir və ilk günlərdə təxminən 5 rayonun, ardından da 12 rayonun icra başçısı yola salınacaq. Ola bilsin ki, onlardan bəzilərinə yenidən etimad göstərilsin və təkrarən digər rayona başçı göndərilsinlər. Amma dəyişiklik mütləqdir".

Mənbə konkret olaraq hansı rayonun başçısının yola salınacağını deməsə də, bu vaxta qədər yerli KİV-də müəyyən informasiyalar yetərincə işıqlandığından həmin məqamları təkrar olaraq. xatırladırıq.

Beləliklə, yayılan informasiyalara görə,

1. Samux;
2. Astara;
3. Ağdaş;
4. Şəmkir;
5. Lerik;
6. Yardımlı;
7. Kürdəmir;
8. Qubadlı;
9. Quba;
10. Tərtər;
11. Ağcabədi;
12. Masallı;
13. Gədəbəy;
14. Goranboy;
15. Göyçay;
16. Cəlilabad;

və Bakının Pirallahı rayonlarının icra başçılarının dəyişdirilməsi gözlənilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.