XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Əhmədzadənin qardaşı da YOL ÜSTÜNDƏDİR - İDDİA

Əhmədzadənin qardaşı da YOL ÜSTÜNDƏDİR - İDDİA

Əhmədzadənin qardaşı da YOL ÜSTÜNDƏDİR - İDDİA
28-02-2022, 09:30

Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 4 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləvək. Qeyd edək ki, mənbə dia.az-a həmin rayon rəhbərlərinin siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:

1. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;

2. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;

3. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;

4. Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov.

Mənbə iddia edir ki, daha bir neçə rayonun icra başçısı da yeni dalğada dəyişdiriləvək.

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.