XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » 4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI

4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI

4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI
20-10-2017, 12:11

Yaxın günlərdə rayon icra hakimiyyəti rəhbərlərinin yeni ələmə prosesinə start veriləcək. Bu barədə məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, proses zamanı ilk olaraq 4 rayonun başçısının 1 gündə dəyişdirilməsini belə görə bilərik. Dia.az-a söylənilənlər: "Hələlik belə bir söhbətlər dolaşır. Kimlər gedəcək ilk olaraq - bu bəlli deyil. Amma ciddi islahat aparılacaq və bu zaman yeni kadrlara da üstünlük veriləcək. Yəni proses təkcə yerdəyişmə ilə yox, həm də yeniləşmə ilə müşaiyət olunacaq".

Onu da qeyd edək ki, məlumatı verən mənbə redaksiyamıza təxmini olaraq ilk "vurulacaq" rayon rəhbərlərinin adlarını da təqdim edib. Onlar aşağıdakılardır:

1. Şamaxı RİH başçısı Asif Ağayev;

2. Gədəbəy RİH başçısı Ramiz Yediyarov;

3. Şabran RİH başçısı Novruz Novruzov;

4. Kürdəmir RİH başçısı Ceyhun Cəfərov.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.