SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

"Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

Tarix:

10-08-2020, 20:28

/ 2 448 dəfə oxundu.
"Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

Deməli fizika müəllimi Hacıbala Abutalıbov paytaxtın meri olandan sonra çoxları fikirləşdi ki, mən niyə olmayım, mənim ondan nəyim əskikdir. Və neçə illər əzində radikal müxalifət qəzetlərinin manşetini “Gələn ay Hacıbala gedir...O vəzifəsi ilə vidalaşır...Filankəs Bakının meri olacaq” tipli proqnozlar, əslində falabaxmalar bəzədi. Amma Hacıbala müəllim az qala bir qərinə paytaxtın meri oldu.
Və sonda meriya quşu Eldar Əzizovun çiyninə qondu.
Paytaxtın meri olmaq istəyənlərdən biri də uzun müddət Bakı ŞİH-də Nəzarət və təftiş şöbəsinin müdiri işləyən Zülfəli İsmayılov idi. İnsaf naminə qeyd etmək lazımdır ki, qədim Bakının sökülməsində Zülfəli müəllimin xidmətləri çox olub. Əbəs yerə xalq ona yaxşı mənada “Buldozer Zülfəli” demirdi. Harda bir qanunsuz tikili, hasar, daxma vardısa Zülfəli özünü yetirib xaraba qoyurdu. Özü də həmişə deyidi ki, harda qanunsuz tikililər görürəm qaşınıram, oranı sökmək və yerini yaşıllaşdımaq istəyirəm. Doğrudan da edirdi. Bu adam deyirdi Bakını kəndə çevirəcəm qoy hər tərəf yaşıllıq örüş yeri kimi olsun. Bax bu xidmətlərinə görə Zülfəli İsmayılovun mer olmaq niyyəti başadüşülən idi.Amma sən saydığını say gör taleh quşu kimin çiyninə qonur.
İndi Zülfəli müəllim harda gəldi, toyda-vayda deyir ki, mən mer olmağa Eldardan daha çox layiqəm, o azərbaycan dilində düz-əməlli danışa bilmir, maska taxmaq əvəzinə maska içmək deyir.
Zülfəli İsmayılov ürəyini açıb-tökür, “Mən Bakının yolunda Fərhad kimi külüng çalanda Eldar heç meriyanın yolunu tanımırdı, o kimdir mənə söz desin, mən mer olmağa daha çox layiqəm” deyir.Lap möhkəm hirslənəndə nəsə “Tort” sözü də işlədir.
Həqiqətən də Zülfəli müəllim millətsevərdir, qohumcanlıdır, el-oba adamıdı.
Qohumlarının dediyinə görə, Zülfəli harda süd-sümük qohumu varsa, hamısını yaxşı yerlərdə torpaqla, evlərlə, bahalı maşınlarla təmin edib.
Heç görəsən Eldar Əzizov bir yaxın qohumuna əl uzadıbmı, birinin yaralı barmağına maz sürtübmü ? Əlbəttə yox.
Zülfəli müəllim təkcə söküntü, yaşıllıq-örüş məsələlərinə baxmır ee...əcnəbilərlə də əsl diplomat kimi tez dil tapır. Əbəs yerə dünyaca məşhur Şeffer firması Zülfəli müəllimi Aərbaycanda səlahiyyətli nümayəndə təyin etməyib ki...
Arada Şeffer firması ilə umu-küsü-problem yarandıqda o ən yaxın dostu olan,qeyri-rəsmi şəriki, kirvəsi, keçmiş baş prokuror Zakir Qaralova da zəng edib məsələni yoluna qoyarmış.
Amma Zülfəli İsmayılovla Eldar Əzizovun arasında olan qalmaqal getdikcə böyüyür.Eldar Əzizov son günlər bizim fəxrimiz olan həmyerlimiz Zülfəli İsmayılovu gözümçıxdıya salıb. Bu isə məcburi köçkünlərin kefinə əməlli-başlı soğan doğrayıb.
Məcburi köçkünlər deyir ki, Zülfəli İsmayılov işgüzar adamdır, 70-ə yaxın məcburi köçkünə ayda 800 manat yadım edir,əsl xeyriyyəçidir, zəmanəmizin Hacı Zeynalabdin Tağıyevidir. Onun
70-ə yaxın kommersiya obyektlərində məcburi köçkünlər işləyir. Bu yüzlərlə adamın çörəkpulu qazanması demək deyilmi?
İstər Nərimanovda, istər Səbaildə, istər Yasamalda, istər Nəsimidə, ümumiyyətlə Bakı şəhərinin bütün rayonlarında olan hansı obyektinin qapısını döysən görəcəksən ki, məcburi köçkün işləyir.Bunun nəyi pisdir?
Əgər Zülfəli İsmaylov hər ay öz gəlirindən 100 minlərlə manat məcburi köçkünlərə xərcləyirsə bunun nəyi pisdir?
Atalar deyib ki əl tutmaq (Zülf)Əlidən qalıb.
İstər öz sürücüsü,istər köhnə prokurorun sürücüsü istər bütün tikinti işlərini görən şəxslərin hamısının yüksək səviyyədə yaşamasının nəyi pisdir? Bunların hamısını Zülfəli müəllim təmənnasız edir.
Nə üçün Eldar Əzizov Zülfəli İsmayılovu belə gözümçıxdıya salıb ? Düzdür Zülfəli də kiminsə qabağından çəkilən oğlan deyil. Amma...
Bax bu məsələ məcburi köçkünləri ciddi düşündürür. Qoy Eldar Əzizov da papağını qabağına qoyub bu barədə ciddi-ciddi düşünsün.
Gündəlik Bakı

Şərhlər

XƏBƏR LENTİ