O, Bakı şəhər meri vəzifəsinə hazırlanır?
Meriyanın rəsmi saytında da uzun illərdən sonra edilən dəyişikliklər diqqəti çəkib
Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizovun prezident sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətini başçısının müavini təyin edilməsi onun yaxın günlərdə mer vəzifəsinə gətiriləcəyi barədə ehtimallara yol açıb.
İlk günlər E.Əzizovun Bakı merinin səlahiyyətlərini icra etdiyi üçün I müavin təyin edildiyi barədə məlumat təsdiqlənmədi. Meriyanın rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub. Lakin onun hazırda meri əvəz etdiyi təsdiq edilib.
Həmçinin meriyanın rəsmi saytında da uzun illərdən sonra edilən dəyişikliklər diqqəti çəkib. Belə ki, Bakı ŞİH-in nadir hallarda yenilənən rəsmi saytında E.Əzizov gəldikdən sonra xeyli dəyişiklik müşahidə olunur. 17 il Bakı ŞİH-in başçısı vəzifəsini yerinə yetirən Hacıbala Abutalıbov baş nazir olduqdan sonra adı rəsmi saytdan çıxarılmasa da, E.Əzizovun icraya gəlməsilə rəsmi saytdan keçmiş merin adı silinib.
Bundan başqa, başçının müavinləri bölməsində təkcə yeni müavin təyin edilmiş E.Əzizov haqqında geniş məlumat yerləşdirilib, digər müavin Fidumə Hüseynova haqqında heç bir məlumat yer almayıb.
E.Əzizovun bu struktura yad olmadığı, 2003-cü ilə qədər Bakı meriyasında çalışdığı, daha sonra isə ölkənin ikinci şəhəri də daxil olmaqla, icra başçısı kimi çalışması və özünü doğrultması onun Bakı meri vəzifəsinə əsas namizəd olması ehtimalını gücləndirib. (Axar.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır