SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbs növbəsi korrupsioner bələdiyyələrə çatdı - GƏLİŞMƏ

Həbs növbəsi korrupsioner bələdiyyələrə çatdı - GƏLİŞMƏ

Tarix:

30-07-2020, 13:22

/ 2 972 dəfə oxundu.
Həbs növbəsi korrupsioner bələdiyyələrə çatdı - GƏLİŞMƏ

Hakimiyyət ötən ildən başlatdığı və yüksək vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan anti-korrupsiya əməliyyatlarını davam etdirir.

Yenisabah.az xəbər verir ki, koronavirus pandemiyasına və Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanmasına baxmayaraq, korrupsiyaya qarşı mübarizə arxa plana keçməyib. Elə dünən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində Zərdab rayonunun Yarməmmədbağı bələdiyyəsinin sədri Sahib Xəlilov və həmin kəndin keçmiş icra nümayəndəsi Rahib Xəlilov saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Zərdabda keçirilən əməliyyatdan sonra belə ehtimallar var ki, artıq anti-korrupsiya əməliyyatlarında növbə bələdiyyələrə çatıb.

Bələdiyyə qurumları yerli özünü idarəetmə orqanı olsa da və seçki ilə formalaşsa da, faktiki olaraq müstəqil fəaliyyəti yoxdur. Geniş səlahiyyətlərə malik yerli icra hakimiyyəti orqanları çox asan şəkildə bələdiyyələrin fəaliyyətnə müdaxilə edə bilir. Hətta bir çox hallarda bələdiyyə qurumları yerli icra hakimiyyəti orqanlarının departamenti kimi fəaliyyət göstərir.

2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində bəzi müstəqil namizədlərin qələbəsinin tanınması belə qənaət formalaşdırıb ki, artıq hakimiyyətin zirvəsində bələdiyyə qurumlarının seçkili orqan kimi müstəqil şəkildə fəaliyyətinin təmin edilməsi barədə düşünürlər. Bu iqtidarın elan etdiyi islahatlar kampaniyasına da uyğundur.

Eyni zamanda müşahidə olunur ki, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması da hakimiyyətin əsas priroritetlərindədir. Bu baxımdan, ehtimal olunur ki, “Zərdab nümunəsi” davam etdirilə bilər.

Şərhlər

XƏBƏR LENTİ