XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » DGK-ya yeni sədr təyinatı gözlənilir... - İDDİA

DGK-ya yeni sədr təyinatı gözlənilir... - İDDİA

DGK-ya yeni sədr təyinatı gözlənilir... - İDDİA
23-07-2020, 11:11

Son vaxtlar yerli KİV-də verdiyi hesabatları ilə məsxərə obyektinə çevrilən Dövlət Gömrük Komitəsində rəhbər dəyişikliyi baş tuta bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, artıq Səfər Mehdiyevin də sürəsi dolub: "Səfər Mehdiyev elə zənn edirdi ki, köhnə sistemi saxlamaqla yeniləşən siyasətə ayaq uydura biləcək. Bu vəziyyətdə də "pripiska" yolunu tutdu. Amma alınmadı. Artıq onun verdiyi hesabat rəqəmləri digər dövlətlərin anoloji statistik göstəriciləri ilə müayisə olunmaqdadır. Yəqin ki, yaxın günlərdə Səfər Mehdiyevin gedişi ilə bağlı net qərar veriləcək".

Mənbə dia.az-a açıqlamasında onu da əlavə edib ki, DGK-nin ləğvi məsələsi birdəfəlik qapanmasa da, Səfər Mehdiyevdən sonra yeni sədr təyinatı gözlənilir: "Həmin şəxs də hazırda DGK-da çalışır".

Mənbə hələlik ad açıqlamasa da, yeni DGK rəhbərinin gənc kadr olduğunu ifadə edib.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.