XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Sabiq səfirdən Elmar Məmmədyarova şok ittiham - VİDEO

Sabiq səfirdən Elmar Məmmədyarova şok ittiham - VİDEO

Sabiq səfirdən Elmar Məmmədyarova şok ittiham - VİDEO
4-07-2020, 14:28

Elmar Məmmədyarovun Nyu-Yorkdakı 4 milyon dollardan baha qiymətə aldığı evlər korrupsiya yolu ilə əldə edilmiş kapital hesabına başa gələ bilməz. O evləri nazirə nəyinsə müqabilində bağışlayıblar.

Ovqat.com xəbər verir ki, bu ağır ittihamı uzun illər səfir işləmiş İsfəndiyar Vahabzadə öz video-açıqlamasında irəli sürüb.

Keçmiş səfir fikrini onunla əsaslandırıb ki, XİN nə istehsal müəssisəsi, nə də kimlərinsə işi düşən dövlət qurumu deyil. Bu səbəbdən də həmin pullar korrupsiya yolu ilə yığıla bilməz. İ.Vahabzadənin sözlərindən belə çıxır ki, nazirin bu vəsaiti toplamaq üçün Azərbaycanın maraqlarını hansısa maraqlı dövlətə satmaq ehtimalı var.

Xarici İşlər nazirinə qarşı ciddi ittihamların yer aldığı video-müraciəti təqdim edirik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.