XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? - Rəsmi açıqlama

Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? - Rəsmi açıqlama

Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? - Rəsmi açıqlama
16-06-2020, 13:22

Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftə sonu qapanması tətbiq edilib. Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-a bildirib ki, hələlik bu barədə danışmaq tezdir:

“Qapanmlarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.