XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Elman Rüstəmovun limiti bitir: Bir ay qaldı

Elman Rüstəmovun limiti bitir: Bir ay qaldı

Elman Rüstəmovun limiti bitir: Bir ay qaldı
12-03-2020, 13:08

Mərkəzi Bankın sədri Elman Rüstəmovun növbəti 5 ildə bu vəzifəni daşıyacağı bəlli deyil...
Aprel ayında Elman Rüstəmovun səlahiyyətlərinin 5 ili tamam olur. Milli Məclis yenidən Mərkəzi Banka sədr seçməlidir.

Bəzi iddialara görə, bu dəfə Elman Rüstəmova etimad göstərilməyə bilər. Doğrudur, o bankçılıq sahəsində peşəkar kadrlardan hesab olunur. Lakin 2015-ci ilin fevralında və dekabrında baş verən devalvasiyadan sonra Elman Rüstəmov ictimai rəydə nüfuzunu itirib.

İndi Mərkəzi Bank sədri ictimai rəyə təsir edə bilmir. Onun fikirləri rişxəndlə qarşılanır. Məsələn, elə bu günlərdə Elman Rüstəmov neftin ucuzlaşması ilə bağlı yaranmış dollar ajiotajına münasibət bildirərkən hökumətin və Mərkəzi Bankın “B” planının olduğunu deyib.

“Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) "B" planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdı. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik.

Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq”, - deyə o bildirib.

İctimaiyyət isə Elman Rüstəmovun bu fikirlərinə inanmır. Sosial şəbəkələrdə Mərkəzi Bankın sədrinin söylədiyi “B” planını lağ-lağıya çevrilib.

Bəzi ehtimallara görə, bütün bunlar indiki durumda Elman Rüstəmovun yenidən Mərkəz Bankın sədri olmasına ciddi əngəl törədə bilər.

pia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.