XalqXəbər.Az

» » "Azpetrol" sürücüləri niyə narazı salır? - ŞİKAYƏT

"Azpetrol" sürücüləri niyə narazı salır? - ŞİKAYƏT

"Azpetrol" sürücüləri niyə narazı salır? - ŞİKAYƏT
12-04-2017, 13:07

Yanacaqdoldurma məntəqələrindən daim şikayətlər səslənir. Elə bir sürücü tapmaq olmaz ki, ya yanacağın keyfiyyətindən, ya da verilən pulun qarşılığında az yanacaq vurulmasından şikayətçi olmasınlar. Amma bu cür şikayətlər hələ ki, SOCAR yanacaqdoldurma məntəqələrindən eşidilmir.
Müraciət edən sürücülərdən biri "Azpetrol" yanacaqdoldurma məntəqəsindən şikayətçidir. Sürücü bildirir ki, "Azpetrol"un məntəqələrindən nə qədər yanacaq almağınla bağlı konkret sənəd almaq olmur:
"Azpetrol" sürücüləri niyə narazı salır?
""Azpetrol"un istənilən bir yanacaqdoldurma məntəqəsinə gedib bir çən benzin vurmalarını istəyirsən. Yekunda sənə 2 çek verirlər. Soruşursan ki, yaxşı, mən sizdən nə qədər yanacaq almışam? Cavab verirlər ki, "orada yazılıb". Amma, "orada" dedikləri yerdə heç nə yazılmayıb. 100 manat verib benzinin pulunun çıxılmasını istəyirsən. Qaytarılan 2 çekin birində verdiyin 100 manatın məbləği var, digərində də pulun qalığının. Belə çıxır ki, sən benzin aldıqdan sonra kalkulyatoru da əlinə götürüb hesablama aparmalısan. Təxminən belə: 100 - 67 = 33. Sonra 33 manatı bölürsən aldığın benzinin qiymətinə və yekunda nə qədər benzin aldığını bilirsən."

FaktXəbər
"Azpetrol" sürücüləri niyə narazı salır? - ŞİKAYƏT
"Azpetrol" sürücüləri niyə narazı salır? - ŞİKAYƏTскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.