XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar” -“Azpetrol”dan şikayət

"Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar” -“Azpetrol”dan şikayət

"Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar” -“Azpetrol”dan şikayət
22-05-2020, 14:47

Modelyer Elnarə Bəkirova “Azpetrol” yanacaqdoldurma məntəqəsində problemlə qarşılaşıb.
E. Bəkirova “Qafqazinfo”ya bildirib ki, ötən gün axşam saatlarında Nobel prospektində yerləşən sözügedən yanacaqdoldurma məntəqəsində olub:

“Benzin çəni 66 litr tutur. Bunlar məndən 83 litr benzinin qiymətini alıblar.

Bu gün məsələni araşdırmaq üçün yanacaqdoldurma məntəqəsinə getdim. Mənimlə çox kobud danışdılar. 40 dəqiqə gözlətdilər. Əvvəl dedilər ki, gedin işçi gələndə gələrsiniz, araşdırarıq. Daha sonra mübahisədən sonra məsələni araşdırdılar və mənə 15 manat pul qaytardılar. Halbuki 24.90 qəpik ümumi ziyan dəymişdi. Məsələnin ictimailəşməsində məqsədim sürücüləri ehtiyatlı olmağa çağırmaqdır. Yanacaqdoldurma məntəqələri sürücüləri aldadırlar. Sürücülər diqqətli olmalıdırlar”.
"Maşınım 66 litr tutsa da, 83 litrin pulunu aldılar” -“Azpetrol”dan şikayət

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.