XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hakim Murad Məmmədovdan növbəti haqsızlıq

Hakim Murad Məmmədovdan növbəti haqsızlıq

Hakim Murad Məmmədovdan növbəti haqsızlıq
3-02-2020, 15:19

Xatırladaq ki, aktualxeber.az-ın redaksiyasına Naxçıvan MR-da anadan olmuş, hal-hazırda Xətai rayonu Gəncə prospekti ev 30, mənzil 87-də yaşayan Allahverdiyeva Almaz Əbilfəz qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur.Şikayətçi ərizəsində qeyd edir ki, onun şikayəti əsasında Yasamal rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 madəsi ilə təqsirli bilinən Cəfərov Elçin Sərdar oğlunu Prokurorluğun əsassız razılığı ilə Yasamal rayon Məhkəməsinin hakimi Murad Məmmədov şənbə günü məhkəmə zalından azadlığa buraxmışdır. Hakim həmin qərarı məhkəmə zalında verməli olduğu halda, bu saatlara qədər şikayətçiyə təqdim etməmişdir. Bu gün səhər saatlarından indiyə qədər Yasamal rayon Məhkəməsində olan Almaz Allahverdiyevaya müxtəlif bəhanələrlə həmin qərar verilmir ki, ondan veriləcək apellyasiya şikayətinin müddəti bitsin. Əldə etdiyimiz məlumata görə qərarın verilməməsində birbaşa Yasamal rayon Prokurorluğu maraqlıdır və ona görə də əsassız bəhanələrlə süründürməçilik edilir.

Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.