XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mebel biznesmeni: Azər Kərimli seçiciləri saymır…

Mebel biznesmeni: Azər Kərimli seçiciləri saymır…

Mebel biznesmeni: Azər Kərimli seçiciləri saymır…
30-01-2020, 15:01

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Azər Kərimli seçicilərlə görüş keçirmir...
Reportyor.info-nun verdiyi xəbərə görə, növbəti dəfə deputatlığa hazırlaşan A.Kərimli seçiciləri saymır, problemləri ilə maraqlanmır. Bu da narazılıq yaradır.

Onun rəqibləri təqaüdçü Nəriman Dəmirçiyev, muzey direktoru Mahir Əfəndi, işsiz Şamil Qaraəhmədov, Əhmədov Şahidov, müəllim Arzu Əhmədova və digərləridir.

12 saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 2000-2005, 2005-2010, 2010-2015 və 2015-2020-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 20 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib.

Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin son illər ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır.

Azər Kərimliyə məxsus bir neçə taxta-şalban sexlərinə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır. Məlumatlara görə vaxtı ilə meşə təsərrüfatının “İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmayıb.

Bu səbəblər üzündən adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Verilən məlumatlardan belə məlum olur ki, Qaxda ağac qətliyamı ilə məşğul olan və ağac biznesinin önündə gedən əsas fiqurlardan biri 20 ilin passiv deputatı kimi tanınmış Azər Kərimli və onun rayon mərkəzində biznes işlərində yaxından köməklik göstərən qohumları və dostlarıdır.

Geniş ictimaiyyətə məlum olan Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimlinin bir deputat kimi 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni almasıdır. Bu ordenin ona təqdim olunmasını da ictimaiyyət birmənalı qarşılamayıb.

Belə ki, apardığımız araşdırmalar zamanı A.Kərimlinin məhz qoz ağacı biznesini bu ölkəyə daşıması və burada mebel sənayesində istifadə edildiyi məlum oldu.

Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.