XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Deputat Azər Kərimlinin Imzatoplama Prosesində Kobud Qanun Pozuntusu – Namizədliyinin Qeydə Alınmaması Üçün Ciddi Əsas

Deputat Azər Kərimlinin Imzatoplama Prosesində Kobud Qanun Pozuntusu – Namizədliyinin Qeydə Alınmaması Üçün Ciddi Əsas

Deputat Azər Kərimlinin Imzatoplama Prosesində Kobud Qanun Pozuntusu – Namizədliyinin Qeydə Alınmaması Üçün Ciddi Əsas
7-01-2020, 13:37

Sosial şəbəkəlrdə 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin üzvü Azər Kərimlinin imzatoplama kampaniyası zamanı kobud qanun pozuntusuna yol verildiyinə dair foto paylaşılıb.

İddia olunur ki, Qax rayonu Ləkit kəndində, Ləkit kənd bələdiyyəsinin sədri Abdulla Kazımovun evində keçirilən imzatoplama prosesi zamanı imzaları Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov şəxsən qeydə alıb və onun yanında İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyev iştirak edib.

Azərbaycan Qanunvericiliyinə görə, deputatlığa namizədin xeyrinə imzatoplama kampaniyasında dövlət idarələrinin əməkdaşları və bələdiyyə üzvləri ümumiyyətlə iştirak edə bilməzlər.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimatın 1-ci Maddəsinin 3-cü bəndində qeyd olunur:
“Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.”

Məsələ ilə bağlı 112 saylı Qax Seçki Dairəsinə, habelə Mərkəzi Seçki Komissiyasına və aidiyyatı dövlət qurumlarına jurnalist sorğusu göndərməcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.