SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 112 saylı Qax DSK sədrindən ölkə başçısına qarşı sabotaj: - “Deputatı mən seçirəm, islahatlar məni maraqlandırmır”

112 saylı Qax DSK sədrindən ölkə başçısına qarşı sabotaj: - “Deputatı mən seçirəm, islahatlar məni maraqlandırmır”

Tarix:

3-02-2020, 10:40

/ 806 dəfə oxundu.
112 saylı Qax DSK sədrindən ölkə başçısına qarşı sabotaj: - “Deputatı mən seçirəm, islahatlar məni maraqlandırmır”

Son günlər Qax rayonunda aktiv seçki təbliğat təşviqat kampaniyası aparılır. Qax.org.az saytının əldə etdiyi məlumata görə, 112 saylı Qax seçki dairəsindən hazırda 9 deputatlığa namizəd var. 2000-ci ildən Qaxın deputatı olan Azər Kərimlinin xeyrinə rayondakı bütün inzibati resurslar səfərbər olunub, bütün yerli idarə və müəssisələrdə seçki günü Azər Kərimliyə səs vermək barədə tapşırıq verilib və bu tapşırığın icra başçısı Musa Şəkiliyevdən gəldiyi iddia olunur.

Bundan başqa, 112 saylı Qax seçki dairəsinin sədri Abdukərim Əliyev bütün məntəqə sədrlərini bir yerə toplayaraq, açıq şəkildə bildirib ki, 9 Fevral günü “qutudan Azər Kərimlinin adı çıxmalıdır”. Bunu icra başçısı Musa Şəkiliyevin adından etdiyini deyən DSK sədrinə bəzi məntəqə sədrləri etiraz edib və bu hərəkətin ölkə başçısı İlham Əliyevin son islahatlarına zidd olduğunu bildirib. Həmin məntəqə sədrlərinə kobud cavab verən DSK sədri Abdukərim Əliyev ölkə başçısını saymadığını və seçkini öz bildiyi kimi keçirəcəyini deyib.

Şərhlər

XƏBƏR LENTİ