SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? - İDDİA

Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? - İDDİA

Tarix:

29-01-2020, 09:38

/ 1 995 dəfə oxundu.
Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? - İDDİA

Təbliğat-təşviqat prosesi başlayandan bəzi namizədlər özlərini artıq deputat elan ediblər.

Secki.net xəbər verir ki, belə namizədlərdən biri də, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Şərifov Hicrandır.

Suraxanı sakinlərinin verdiyi məlumata görə, Hicran Şərifov artıq özünü deputat hesab edir. Seçicilərlə görüşdə, yaxın ətrafa ölkə rəhbərliyinin adından istifadə edir və onun hansı yolla olursa olsun, deputat olacağını bildirir.

O, sosial şəbəkədə və seçicilərlə görüşdə prezident İlham Əliyevlə olan şəkillərini, Gənclər və İdman naziri Azad Rəhimova şəkillərini göstərir. Bu şəkillərdən istifadə edərək, özünü ölkə rəhbərliyinə yaxın olduğunu iddia edir. Bundan əlavə Hicran Şərifov bildirib ki, ölkə rəhbərliyi onu yaxşı tanıyır və buna görə də, o deputat seçiləcək.

Hətta o, seçki platformasının ilk bəndinə prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın yeni islahatlar kursuna Suraxanı sakinlərinin davamlı dəstəyini daha da gücləndirməyi salıb.

Hər addımda ölkə rəhbərliyinin adından və onlarla olan şəkilləri ön plana çıxararaq seçiləcəyini deyən Hicran Şərifovu deputat görmək istəyənlər gənc hakimlərdir. Gənc hakimlər bildirir ki, Hicran Şərifov deputat olsa, ondan canları qurtaracaq. Belə ki, yaşının irəlləməsinə baxmayaraq, o beynəlxalq turnirlərə özü gedir və beləcə gənc hakimlərin qarşısını kəsir. Çox maraqlıdır, özündən sonra gələn gənclərə yol açmayan biri deputat olsa, özündən başqa kimi gün ağlayacaq? Gənc hakimləri narazı salıb, onların koryerasına mane olan biri, deputat olsa seçicilərinin dərdini dinləyəcəkmi? Yəqin ki, yox!

“Cəngi” idman klubunun sahibi olan referi 2012-ci ildə “mən fəaliyyətimi bu il başa vururam və sonuncu ilimdir” desə də, hələ də güləş xalçalarına çıxmağa davam edir.

Öz şəxsi eqosu və maraqları üzündən verdiyi sözü tuta bilməyən Hicran Şərifov seçicilərə verdiyi sözü tutacaqmı?

Yeri gəlmişkən Hicran Şərifovun seçki şüarı “Sözə yox, əmələ səs ver”indir. Hicran Şərifovun verdiyi sözü əməlləri ilə necə tutduğunu oxudunuz. Söz seçicilərindir.
Özünü deputat elan edən Hicran Şərifov ölkə rəhbərliyinin adından necə istifadə edir? - İDDİA

Şərhlər

XƏBƏR LENTİ