XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Metropoliten rəisi deputat seçdirir?

Metropoliten rəisi deputat seçdirir?

Metropoliten rəisi deputat seçdirir?
6-02-2020, 14:22

Xaqani Abdullayevə dövlət rəhbərliynin adından çıxış üçün izni kim verib?
Fevralın 9-da keçiriləcək parlament seçkilərində bəzi məmurlar özlərinə deputat seçdirmək istəyir.

Bunlardan biri də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynovdur. Belə ki, Zaur Hüseynov 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalası oğlu Xəqani Abdullayevi parlamentə keçirmək istəyir.

Zaur Hüseynov Neftçala rayonundakı məmurlara söz göndərib ki, Xəqani Abdullayevin deputat olmasını “yuxarılarla” razılaşdırıb. Bu minvalla Xəqani Abdullayev də rayonda deputat olacağını və ölkə rəhbərliyi də ona yaşıl işıq yandırdığını bildirir.

Ölkədə yeni islahatlar dalğası getdiyi bir zamanda, məmurların özlərinə deputat seçdirmək arzuları nəyə xitmət edir, bəlli deyil. Maraqlıdır, Zaur Hüseynov parlamentdə özünə niyə deputat saxlasın? Metropoliten rəisi parlamentdə fraksiya qurur, yoxsa digər məmurların deputatı var, mən nisə sırdan geri qalım prinsipidir bu?

Ölkə rəhbərliyi parlamentin yenilənməsi, islahatlara adekvat olması üçün addımlar atır. Belə bir şəraitdə Zaur Hüseynovun xalası oğlunu deputat seçdirmək istəyi, ölkə rəhbərliyinin adından danışması, yerli icra orqanlarına ölkə rəhbərliyi adından tapşırıqlar verməsi nəyə və kimə xidmət edir?

Hər halda ölkə rəhbərliyinin siyasətinə və islahatlara xidmət etmir.

Xəqani Abdullayev demək olar ki, seçki təbliğat-təşviqatını ölkə rəhbərliyinin adından danışaraq seçiləcəyi üzərində qurub. Belə bir deputat xalqa, seçicilərinə necə xidmət edəcək?

Təbii ki, onu düşündürən seçici, xalq, dövlət yox, deputat olmasıdır. Bəlkə də onun yox, bu Zaur Hüseynovun arzusudur.

seçki.net

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.