SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərmini qətlə yetirən şəxsin daha bir FOTOSU

Nərmini qətlə yetirən şəxsin daha bir FOTOSU

Tarix:

10-01-2020, 16:49

/ 1 269 dəfə oxundu.
Nərmini qətlə yetirən şəxsin daha bir FOTOSU

Xəbər verdiyimiz kimi, 10 yaşlı Nərmin Quliyevanı cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada qeyd olunurdu ki, istintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

"Qafqazinfo"
Nərmini qətlə yetirən şəxsin daha bir FOTOSU

Şərhlər

XƏBƏR LENTİ