XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər - FOTO

Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər - FOTO

Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər - FOTO
23-12-2019, 14:33

Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir.

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib.

Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb.
Həbs edilən icra başçısının yerinə administrasiyadan onu göndərdilər - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.