PA-da vəzifə verilən başçı müavininin yerinə TƏYİNAT
Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov özünə yeni müavin təyin edib. Bakupost.az-ın məlumatına görə, ötən ay Nəsir Muxtarlının Prezident Administrasiyasında vəzifəyə təyin olunmasıyla boşalan müavin postuna icra hakimiyyətinin Bələdiyyələrlə iş və idarəetmə şöbəsinin müdiri Adəm Məhərrəmov gətirilib.
A.Məhərrəmovun yerinə isə Ümumi Şöbənin müdiri Seyfəddin Əliyev təyin edilib.
Xatırladaq ki, Nəsir Muxtarlı PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini təyin edilmişdi.
N.Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi ilə yanaşı, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini də tuturdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək