SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İradə Gülməmmədova Xırdalanda “Cümə” məscidində - FOTOLAR

İradə Gülməmmədova Xırdalanda “Cümə” məscidində - FOTOLAR

Tarix:

30-11-2019, 18:09

/ 1 960 dəfə oxundu.
İradə Gülməmmədova Xırdalanda “Cümə” məscidində - FOTOLAR

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidinin ərazisində inşa edilməkdə olan Mərasim Evində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

Kompleksin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilərək bildirilib ki, daxili imkanlar hesabına inşa edilən Mərasim Evi bu istiqamətdə olan çətinliklərin aradan qaldırılmasına kömək olacaq. Qeyd edilib ki, 2 mərtəbədən ibarət olan Mərasim Evinin birinci mərtəbəsində artıq son tamamlama işləri aparılır.

Tikinti işləri ilə tanışlıqdan sonra icra başçısı dindarlar və Xırdalan ağsaqqalları ilə görüşüb. Görüşdə respublikada aparılan islahatlar, yenidənqurma layihələri barəsində danışan İ.Gülməmmədova Abşeron rayonunda həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən söz açıb. Cənab Prezident İlham Əliyevin sərəncamı və tapşırıqları ilə Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yeniləndiyini önə çəkən başçı şəhərin avtomobil yollarına asvalt örtüyünün vurulması ilə bağlı cənab Prezidentin sərəncam imzaladığını vurğulayıb. Bütün bu layihələrin Xırdalanın gələcək inkişafına böyük töhfə verdiyini söyləyən İ.Gülməmmədova Abşeron əhalisinin sayının artaraq 500 mini ötdüyünü qeyd edib. Onun sözlərinə görə, əhalinin artımı ilə əlaqədar yaranan təlabatları qarşılamaq üçün lazimi infrastruktur layihələri həyata keçirilir.
İradə Gülməmmədova Xırdalanda “Cümə” məscidində - FOTOLAR



Şərhlər

XƏBƏR LENTİ