SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar

İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar

Tarix:

1-03-2019, 17:47

/ 1 303 dəfə oxundu.
İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Ceyranbatan qəsəbəsindəki sayca 7-ci səyyar qəbul-görüşü keçirilib.

Görüşdə hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştkirak edib.

İ.Gülməmmədova ölkədə və rayon ərazisində həyata keçirilən quruculuq-abadlıq işlərindən danışaraq respublikada həyata keçirilən islahatlardan söz açıb.

Sonra qəsəbə bələdiyyəsinin sədri Canşir Zeynalov ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verərək, əhalini narahat edən problemləri diqqətə çatdırıb.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı bəzi yeni salınan küçələrin abadlaşdırılması, telefon xəttlərinin çəkilməsi və sairlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar
İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar
İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar
İradə Gülməmmədova səyyar qəbul keçirdi - Fotolar

Şərhlər

XƏBƏR LENTİ