SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto

İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto

Tarix:

7-06-2019, 17:19

/ 1 068 dəfə oxundu.
İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah qəsəbəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

İ.Gülməmmədova Abşeronda həyata keçirilən quruculuq abadlıq işlərindən danışaraq rayonda kəndlərarası və qəsəbədaxili yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini qeyd edib. Əhalinin sürətlə artdığını, kənd və qəsəbələrin böyüdüyünü deyən İ.Gülməmmədova kommunikasiya xəttlərinin çəkilməsi və digər bu kimi istiqamətlər üzrə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi infrastrukturla təmin ediləcəyini söyləyib.

Sonra Abşeron RİH başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Rüstəmov və Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov hesabat xarakterli çıxış edərək qəsəbə ərazisində görülən işlərdən danışıblar.

Daha sonra qəsəbə sakinləri çıxış edərək keçirilən səyyar qəbul və görüşlərin əhəmiyyətindən danışıb, son illərdə ərazidə aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Çıxışçılar qəsəbənin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto
İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto
İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - Foto

Şərhlər

XƏBƏR LENTİ