SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Evi tərk edən tələbənin atası danışdı: - "Orxanı bir dəfə vurmuşam"

Evi tərk edən tələbənin atası danışdı: - "Orxanı bir dəfə vurmuşam"

Tarix:

21-08-2019, 14:43

/ 674 dəfə oxundu.
Evi tərk edən tələbənin atası danışdı: - "Orxanı bir dəfə vurmuşam"

“Orxanı təkcə bir dəfə vurmuşam, içib saat 1-də gəlmişdi, onda da çantasını öncədən hazırlayıbmış, dedi gedirəm. Axı mən pis ata olmamışam ona”.
"Bizimyol.info"ya istinadən xəbər veririk ki, bunu ADU-nun yeni tələbəsi, oxumasına icazə verilmədiyi üçün evi tərk edərək 2 gündür gündəm olan Orxan Bağıyevin atası Natiq Bağıyev deyib.

O, əslində hər şeyin fərqli olduğunu bildirib:

"Orxan və qardaşlarını mənim ikinci xanımım böyüdüb. Anaları rus idi, Rusiya vətəndaşı idi. O rəhmətə gedəndən sonra onları mən böyüdüb, başa çatdırmışam, ustalıqla, fəhləliklə... Orxanı oxutmaq fikrim yox idisə, niyə onun şəxsiyyət vəsiqəsini gizlətmədim, niyə imtahana girməsinə mane olmadım? Deyir uşaqlıqdan işləyirəm, uşaqlıqdan işləyirdisə, orta məktəbdən attestatı necə aldı? 18 yaşı olanda şəxsiyyət vəsiqəsini alıb işləməyə başladı. Hətta həmin gün həyətdə dostlarımız da gəlmişdi, onlarla oturmuşduq, dedi ki, ata işləyib sənin belini müalicə etdirəcəm. Mən də dedim özünə pal-paltar alarsan".

Qınanılan ata baş verənlərin səbəbkarının oğlunun Rusiyadakı nənəsi olduğunu deyib:

"Onların Rusiyadakı nənəsi ilə xalası evimizi əlimizdən almaq üçün uşaqları qızışıdırıb üstümə salırlar. Mən atayam, oğlum tərbiyəli olsun deyə, gecə içib evə sərxoş halda gəlirsə, hirslənməyə haqqım yoxdurmu? Mənə deyir sərbəst yaşamaq istəyirəm. Problem bundadır. Nənələri deyir uşaqlar Rusiya vətəndaşıdırlar, niyə Azərbaycanda əsgərlikdən keçməlidirlər. Uşaqlar Azərbaycan vətəndaşıdırlar. Vətən borclarını da verməlidirlər. Amma mən "oxumasın, əsgər getsin” demirəm. Orxanın qardaşı 12 il ona çörək vermiş analığını boğaraq divara dirəyib, Orxan da məni polislə, məhkəmə ilə hədələyir".

N.Bağıyev məsələni məhkəmə yolu ilə həll edəcəyini qeyd edib:

"Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm. Nənəsi ilə xalasının mənə göndərdiyi səs yazılarını eşidəndə adam utanır, qadın elə söyüşlər söyür .Bu həmin nənədir ki, anaları rəhmətə gedəndə uşaqları internata vermək istəyirdi, mən narazılıq edib qoymadım, dedim uşaqları özüm böyüdəcəm. Orxanın böyük qardaşı bir neçə il öncə narkotiklə tutulmuşdu, elə evdən o qaçan oldu. Orxan da 18 yaşı olub işləməyə başlayanda onun başını pozdu ki, mən qazanıb qəlyanxanalarda kef çəkirəm, sən amma zəhmət çəkirsən. O da beləcə qardaşına qoşulmaq istədi”

Şərhlər

XƏBƏR LENTİ