SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ofisiant işləyən Orxan təhsil haqqının yarısını ödəyəcək - AÇIQLAMA

Ofisiant işləyən Orxan təhsil haqqının yarısını ödəyəcək - AÇIQLAMA

Tarix:

20-08-2019, 13:17

/ 851 dəfə oxundu.
Ofisiant işləyən Orxan təhsil haqqının yarısını ödəyəcək - AÇIQLAMA

Atası təhsil almasını istməsə də, 18 yaşlı Orxan Bağrzadə Azərbaycan Dillər Universitetinə qəbul olub. O, artıq qeydiyyatdan keçib. Tərcümə (rus-fransız) fakültəsini seçən O.Bağırzadə ödənişlli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır.
Atası təhsil almağa qoymadığı üçün Orxan evi tərk edib. Ona maliyyə baxımından dəstək olan yoxdur. Özü ofisinat işləyərək xərclərini ödəyəcəyini deyir. Bəs Orxan Bağırzadə təhsil haqqından azad oluna bilərmi?

Azərbaycan Dillər Universitetindən Azvision.az -a bildirilib ki, Orxan Bağırzadə təhsil haqqının yarısının ödənilməsi ilə bağlı universitet rəhbərliyinə müraciət edib və onun müraciətinə müsbət cavab verilib.

“Qanunla təhsil haqqından azad olunma Orxan Bağılıya şamil olunmur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli qanuna əsasən, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyninin himayəsindən məhrum olmuş uşaqlar və bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Orxan Bağırzadənin anası rəhmətə gedib, amma atası var və əlil deyil”.

Şərhlər

XƏBƏR LENTİ