Müğənni evi tərk edən tələbənin təhsil haqqını ödəmək istəyir - Nümunəvi addım
Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Orxan Bağızadənin təhsil haqqını gənc müğənni Mehin Hümbətova ödəyəcək.
Müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərinə götürmək istədiyini deyib:
“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.
O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir.
Xatırladaq ki, Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəbul olan Orxan Bağızadənin atası onun təhsil almasına icazə verməyib. O.Bağırzadə evi tərk etməli olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...