SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elnur Aslanovun qohumuna bu nazirlikdə iki vəzifə verilib

Elnur Aslanovun qohumuna bu nazirlikdə iki vəzifə verilib

Tarix:

9-08-2019, 20:33

/ 1 308 dəfə oxundu.
Elnur Aslanovun qohumuna bu nazirlikdə iki vəzifə verilib

Prezidentin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun daha bir yaxın qohumu yüksək vəzifədə çalışdığı məlum olub.

Unikal.org-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Elnur Aslanovun bacanağıdır.

Adı FETÖ-çularla halnan Elnur Aslanovun yaxın qohumu ləğv olunmuş “Qafqaz” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə yaradılan İşçi qrupunun sədri olub.

O vaxt sabiq Təhsil Naziri Mikayıl Cabbarov Yaqub Piriyevi “Qafqaz” Universitetində aparılan işlərə rəhbər qoyub.

Halbuki, sözügedən universitetin rəhbər və şəxsi heyəti Fətullah Gülən hərəkatının, yaxud Türkiyədə FETÖ (fətullahçı terror təşkilatı) adlandırılan təriqətin nümayəndələri sayılıb.

Bu təşkilatın Azərbaycan imamı isə Elnur Aslanov olduğu deyilib.

Şərhlər

XƏBƏR LENTİ