SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bir vaxtlar Ülvi Quliyev varıydı... deputat niyə sus(durul)ub? - Gizlinlər

Bir vaxtlar Ülvi Quliyev varıydı... deputat niyə sus(durul)ub? - Gizlinlər

Tarix:

23-07-2019, 12:19

/ 363 dəfə oxundu.
Bir vaxtlar Ülvi Quliyev varıydı... deputat niyə sus(durul)ub? - Gizlinlər

Ülvi Quliyev parlamentdə Qənirə Paşayeva, Fazil Mustafa, Adil Əliyev, Fəzail Ağamalı, Siyavuş Novuzov kimi aktiv deputatlardan idi. Onu jurnalistlər mətbuata açıq biri kimi tanıyırdılar.

Özü də savad baxımından bəzi biznesmen “lal” deputatlardan deyildi, mövqeyi varıydı, açıqlamalar, müsahibələr verirdi, hökumətin, dövlətin maraqlarına uyğun çıxışları olurdu.

Cahan.info yazır ki, son illərdə nə səsi gəlir, nə açıqlama verir. Nə sirri-xudadırsa, Ü.Quliyevin susqunluğu anlaşılmır. Sanki bir küncə sıxışdırılıb əv danışmamaq təlimatı alıb.

Açığı, deputatın ətrafında hansı proseslər cərəyan etdiyini müfəssəl şəkildı söyləmək çətindir.

Amma mediada müəyyən mülahizələr, təxminlər səslənməkdədir. Ehtimal edilir ki, Ü.Quliyevi susmağa vadar edən MTN hadisələri olub.

2015-ci ildə nazirliyin ləğvi, generalların həbsi, Eldar Mahmudovun bandasının ifşası təkcə bu strukturun əməkdaşları ilə məhdudlaşmırdı. MTN sisteminin demontajı çoxşaxəli prosesin təməliydi.

Ona bağlı şəbəkələr, qruplar, məmurlar, agentura səksəkə içindəydi. Hətta bir neçə deputatın mandatı ləğv olundu.

Açıq şəkildə onların “vurulması” səbəbi elan edilməsə də, ictimaiyyət həmin deputatların nə üçün cəzalandığını bilirdi.

Bu hadisələrin gedişində müəmmalı şəkildə deputat Ülvi Quliyev personası da qəfildən əriməyə başladı.

Çox hörmətli millət vəkili danışmadı-dinmədi, parlament fəaliyyəti nəzərə çarpmır, tədbirlərdə, səfərlərdə görünmür.

Belə təssürat bağışlayır ki, mandatı ləğv olunmasa da, Ü.Quliyev möhkəm şəkildə “vurulub”. Bu gedişat onun növbəti seçkilərdə parlamentdə olmayacağı əminliyi yaradır.

Maraqlı tendensiya Ü.Quliyevin haqqında gedən yazıların yayımının dayandırılmasıdır. Həmin xəbərlərdə deputatın adı MTN işində keçir.

Bildirilir ki, məhz onun “vurulması” bununla bağlıdır. Ü.Quliyevin Eldar Mahmudovun əsas kadrı, həbs edilmiş MTN-də Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə qohumluq əlaqəsi işləri korlayıb.

Onun son illərdə daha da passivləşməsi məhz MTN hadisələri ilə bağlıdır. Bu olaylarda Çingiz Əsədullayev mandatını itirdi, partiya sədrlərindən biri deputat seçilmədi. Odur ki, Ü.Quliyev sakit olmağa üstünlük verməklə vəziyyətdən qismən çıxmağa çalışdı.

Mətbuatın yazdıqlarına görə, MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov Ülvi Quliyevin yanına gələrək ondan 200 min manat nağd pul və ayda 20 min manat vermək tələb edib.

İdarə rəisi millət vəkilinə bildirib ki, əgər istədikləri hesabı verməsə ona məxsus obyektlərdəki apteklərdə narkotik dərmanların kütləvi satışı adı altında əməliyyat keçiriləcək və bu məsələ onun yaxın adamlarının adına yazılaraq həbs olunacaqlar.

Millət vəkili ondan istənilən hesaba görə narazılığını bildirərək hakimiyyətin yuxarı dairələrinə Eldar Mahmudovdan və Akif Çovdarovdan şikayət edib.

Deputatın şikayətindən sonra Akif Çovdarov Ülvi Quliyevi yanına çağıraraq aylıq hesab almaqdan vaz keçdiklərini və 30 min manat verməklə canını qurtaracağını deyib.

Deputat məcburiyyət qarşısında qalaraq MTN generalına 30 min manat hesab verib. Mediada yayılan bu məlumatlarla bağlı hörmətli millət vəkilinin münasibətini dərc etməyə hazırıq və bir daha qeyd edirik ki, Ü.Quliyevi hər zaman aktiv, ziyalı mövqeyi ilə seçilən deputat kimi tanımışıq. Bu susqunluğu isə çox müəmmalıdır. Ən azı MTN məsələsi çoxdan bağlanıb...

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ