Qüdrət Həsənquliyev ən fəal deputat seçilib
Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün birlik üzvləri-parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib. PJB-nin sədr müavini Aqil Aslanın verdiyi məlumata görə, sorğu 4 nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib. Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir Kərimli Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar. Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısında Qənirə Paşayeva, Yevda Abramov, Çingiz Qənizadə və Flora Qasımova yer alıb. Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar adını isə Fuad Muradov, Bahar Muradova, Ziyafət Əsgərov, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili, Eldar Quliyev və Sahibə Qafarova qazanıb. Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və Musa Quliyev digər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?