SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Köhnə qvardiya”nın deputatları yeni Milli Məclisdə... – Siyahı

"Köhnə qvardiya”nın deputatları yeni Milli Məclisdə... – Siyahı

Tarix:

10-02-2020, 10:06

/ 1 384 dəfə oxundu.
"Köhnə qvardiya”nın deputatları yeni Milli Məclisdə... – Siyahı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar 118 seçki dairəsi üzrə ilkin nəticələri açıqlayıb...
Oxu.Az 118 seçki dairəsi üzrə Milli Məclisə seçilənlərin neçəsinin əvvəlki çağırışda da deputat olduğunu araşdırıb.

Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Eldar İbrahimov, Siyavuş Novruzov, Ülviyyə Həmzəyeva bundan əvvəl də deputat olublar.

Azay Quliyev, Kəmaləddin Qafarov, Madər Musayev, Aydın Hüseynov, Rauf Əliyev də “köhnə qvardiya”dandırlar.

Ülvi Quliyev, Rasim Musabəyov, Hikmət Məmmədov, Adil Əliyev, Məlahət İbrahimqızı, Asim Mollazadə, Ziyad Səmədzadə, Sədaqət Vəliyeva, Fazil Mustafa, Eldar Quliyev, Sevinc Fətəliyeva, Hüseynbala Mirələmov, Mixail Zabelin, Qüdrət Həsənquliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Musa Quliyev, Oqtay Əsədov, Aydın Mirzəzadə, İlham Məmmədov, Əli Hüseynli, Azər Badamov da bundan əvvəl parlamentdə təmsil olunublar.

Vahid Əhmədov, Eldəniz Səlimov, Rafael Hüseynov, Fəzail Ağamalı, Əhliman Əmiraslanov, Malik Həsənov, Elman Nəsirov, Fəzail İbrahimli, Musa Qasımlı, Rüfət Quliyev, Hadi Rəcəbli, Cavanşir Paşazadə, Ziyafət Əsgərov, İqbal Məmmədov, Çingiz Qənizadə, Şahin İsmayılov, Tahir Rzayev, Aqil Abbas, Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Hacıyev, Cavid Osmanov, Jalə Əliyeva, Zahid Oruc, Sahib Alıyev, Ağalar Vəliyev, Sahibə Qafarova, Kamran Bayramov, Sevinc Hüseynova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Səməd Seyidov, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Elşən Musayev, Kamilə Əliyeva, Azər Kərimli, Əli Məsimli, Cavanşir Feyziyev, Fəttah Heydərov, Aqiyə Naxçıvanlı, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Mahir Abbaszadə, Elman Məmmədov da “qocaman” deputatlardandır.

61 saylı Neftçala seçki dairəsində qələbə qazanan Sabir Rüstəmxanlı Milli Məclisin bundan əvvəlki çağırışlarında da deputat olub.

O, 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat seçilib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar yeddi seçki dairəsi üzrə nəticələr müəyyənləşməyib.

Həmin seçki dairələri aşağıdakılardır:

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi.

Şərhlər

XƏBƏR LENTİ