SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » *9933-ün sürücüsü "gələ bilmərəm" dedi - Müştəri övladları ilə birgə yolda qaldı

*9933-ün sürücüsü "gələ bilmərəm" dedi - Müştəri övladları ilə birgə yolda qaldı

Tarix:

20-12-2018, 17:28

/ 1 703 dəfə oxundu.
*9933-ün sürücüsü "gələ bilmərəm" dedi - Müştəri övladları ilə birgə yolda qaldı

Paytaxt sakini Bakı şəhərində fəlaiyyət göstərən "Salam" taksi (*9933) xidmətindən şikayətçidir.

Unikal.org-a müraciət edən İlahə xanım bildirir ki,bu gün taksi çağırmaq üçün adıçəkilən xidmətin operatoru ilə əlaqə saxlayıb. Uşaqları ilə soyuq havada gözləyən xanım həmin xidmətdən göndərilən mesajdakı sürücünün nömrəsinə zəng edib. Elə edilən hörmətsizlik bundan sonra başlayıb:

"Həzi Aslanov metrosunun yanına getmək üçün taksini 86 nömrəli məktəbin yanına sifariş etmişdim. Sürücü mənə "gələ bilmirəm. "Salam Taksi"yə zəng edin başqa sürücü göndərsinlər" dedi. Mən isə "gəlmirsinizsə özünüz proqramda sifarişi ləğv edin başqa avtomobil gəlsin" dedim. Sürücü mənə bildiridi ki, operatora deyə bilmərəm zəng çatmır. Sonra *9933 nömrəsinə zəng etdim şikayətimi bildirəm. Ancaq operatordan şikayət üçün nömrə istəsəm də vermədilər, əvəzində mənimlə kobud danışdılar. Həmin taksi xidmətində dəfələrlə bu cür hallarla qarşılaşmışam. Lakin indi hava soyuq olduğu üçün uşaqlarımla məni gözlətdiklərinə görə cavabdeh qurumlardan müvafiq ölçü götürülməsini xahiş edirəm".

*9933-ün sürücüsü "gələ bilmərəm" dedi - Müştəri övladları ilə birgə yolda qaldı
*9933-ün sürücüsü "gələ bilmərəm" dedi - Müştəri övladları ilə birgə yolda qaldı

Şərhlər

XƏBƏR LENTİ