Tanınmış taksi şirkətindən müştəriyə hörmətsizlik
Tanınmış taksi şirkəti sərnişinə qarşı hörmətsizlik edib.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalist Rövşən Əsədov məlumat verib. O, bildirib ki, *9933 – “Salam taksi” şirkəti dünən axşam saatlarında ona qarşı hörmətsizlik edib. Belə ki, o, saat 00:15 radələrində taksi sifariş versə də şirkət məsuliyyətsizliyi ucbatından o 1 saata yaxın müddət ərzində sifariş etdiyi taksini gözləməli olub:
“Dünən axşam 00:15 dəqiqəsində məlum taksi şirkətindən sifariş etdim. Xeyli vaxt keçdikdən sonra taksi təyinatı ilə bağlı heç bir bildiriş almadım. Yenidən şirkətə zəng edib narazılığımı bildirdim. Qeyd etdim ki, taksi sifariş etsəm də mənə heç bir bildiriş gəlməyib. İkinci dəfə əlaqə saxladıqdan sonra taksi təyin edildi. yeni təyin edilmişdi deyə zəng etmədim. 10 dəqiqə gözlədikdən sonra taksiyə zəng etdim. Harada olduğunu soruşdum, taksi isə sifarişdən imtina etdiyini bildirdi. Mən sürücüyə etirazımı bildirsəm də o şirkətlə əlaqə saxlamalı olduğumu bildirdi. Şirkətlə əlaqə saxlayıb niyə taksi imtinası ilə bağlı bildiriş almadığımı, yeni taksi təyin olunub-olunmaması ilə bağlı bildiriş almadığımı soruşduqda isə operator taksinin sifarişi imtina etdiyini təsdiqlədi və bildirdi ki, sizə bildiriş göndərilib. Lakin Mənə heç bir bildiriş gəlmədiyini bildirdim. Danışığımız bitdikdən bir neçə dəqiqə sonra bildiriş gəldi. Bir neçə dəqiqə də onu gözlədikdən sonra sürücü ilə əlaqə saxlamalı oldum. Sürücü isə 10 dəqiqəyə gəldi. Nəticədə mən şirkətin səhlənkarlığı ucbatından 45-50 dəqiqə gözləməli oldum. Hörmətsizlik olmasın deyə xidmətdən imtina edib başqa şirkətə müraciət etmədim. Lakin onların etdiyi bu hörmətsizlik azmış kimi məsələnin araşdırılması ilə bağlı şirkət rəhbərinin şəxsən özünə müraciət etsəm də şirkət rəhbəri müraciətimə cavab vermədi”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək