XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ

Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ

Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ
6-04-2017, 13:31

"*9933 SalamTaksi şəbəkəsinin xidməti sıfırdır. Qısa nömrəyə cavab verən operator xanımlar şəhəri tanımır, küçə və prospektləri səhv salır, öyrənmək də istəmirlər. Hələ bu azmış kimi, müştəri ilə də kodub danışırlar, sözün ağzında qalır, telefonu qapadırlar".
Bunu tanınmış jurnalist Aytən Abdulova bildirib. Onun sözlərinə görə, danışıq üçün balans müştəridən gedir və belə olan halda operatorun tələsik telefonu qapatmasının səbəbi başa düşülən deyil: "Üstəgəl, 9933 nömrəsinə düşmək də ən azı 20, bəzən hətta 40-50 dəqiqə vaxt aparır. Beləliklə, bir taksi sifariş etməyə 1 saat vaxtın gedir. Çox vaxt da taksinin 15 dəqiqəyə gələcəyini deyib, müştərini 1 saat 15 dəqiqə gözlədirlər. Sürücülər də gedəcəkləri ünvanı tanımırlar. Sərnişinin təklif etdiyi qısa yolları qoyub şəhəri dolanmağa üstünlük verirlər. 9933-ün əksər sürücüləri şəhəri tanımır".
Jurnalist xanım obyektivlik naminə qeyd edir ki, digər taksi xidmətlərindən 9933 daha ucuz olduğu üçün ona müraciət edənlərin sayı çoxdur: "Əslində dəqiq və planlı işləsələr daha çox qazanarlar. Çox uzağa getməyin, qonşu Türkiyənin təcrübəsini öyrənin. Belə sıfır xidmətə görə sərnişin niyə sizi seçməlidir? 1-2 manat irəli düşmək üçün orqanizmini əsəblə zərərləmək üçün? İşləyə bilmirsizsə bağlayın xidməti".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ
Tanınmış jurnalist "Salam Taksi" xidmətindən NARAZILIQ ETDİ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.