SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbsdən çıxan İlqar Məmmədov hər gün həkimə gedir

Həbsdən çıxan İlqar Məmmədov hər gün həkimə gedir

Tarix:

25-08-2018, 14:22

/ 2 663 dəfə oxundu.
Həbsdən çıxan İlqar Məmmədov hər gün həkimə gedir

Natiq Cəfərli: “Bir neçə yerdə həkim müayinəsindən keçdi və bütün cavabları aldıq”
REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasından 12 gün ötür. 5 il yarımlıq məhbus həyatı ilə vidalaşdığı gündən sonra mediaya hər hansı açıqlama verməyib. Azad olunduğu gün mətbuat konfransı keçirəcəyini və bütün açıqlamalarını orada verəcəyini bildirən REAL rəhbərinin vəd etdiyi mətbuat konfransından da hələ bir xəbər yoxdur.

Partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında gələn həftə mətbuat konfransının vaxtının müəyyən ediləcəyini bildirdi:

“Üzümüzə gələn həftə mətbuat konfransının gününü müəyyən edib bu barədə ictimaiyyətə məlumat verəcəyik. Yaxın zamanlarda bu konfrans mütləq keçiriləcək. İlqar Məmmədov həbs müddəti, indiki hüquqi sürəclə, REAL və gələcək planlarla bağlı bütün suallara geniş şəkildə cavab verəcək, tezislər səsləndiriləcək. İlqar azadlığa çıxdıqdan sonra görüşlərin sayı həddindən artıq çoxdur. Onunla görüşmək, ona gözaydınlığı vermək, eləcə də, onu təbrik etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Görüş qrafiki İlqarda həddən artıq sıx olur.

İlqarın REAL-ın daxilində gedən proseslərlə tanış olmaq üçün zamana ehtiyacı var idi. Çünki o həbs ediləndə REAL hərəkat formatında idi, həm üzvlərin, həm də məclislərin sayı kifayət qədər az idi. Amma keçən müddət ərzində həm üzvlərin, həm də regional məclislərin sayı kifayət qədər çoxalıb. Həbsdən çıxanda özünün də dediyi kimi REAL-ı tanımaqla məşğuldur.

Paralel olaraq bu sürəc də gedir. Çox güman ki, mətbuat konfransında bütün bunlar haqqında ətraflı danışılacaq. Gələcək planlarımız, görəcəyimiz işlər barədə detallı məlumat veriləcək”

N.Cəfərli hazırda İ.Məmmədovun dişinin müalicəsi ilə məşğul olduğunu söylədi: “Demək olar hər gün həkimdə olur. Diş müalicəsi prosesi yekunlaşmaq üzrədir. Bir neçə yerdə həkim müayinəsindən keçdi və bütün cavabları aldıq. Şükür ki, ciddi heç bir problem yoxdur.
Amma belə ağrıları və digər bu kimi problemlərin qarşısını almaq üçün bəzi profilaktik tədbirlərə ehtiyac var. Çox güman ki, bu yöndə də həkimlər tərəfindən qrafik müəyyən ediləcək. Hazırda özünü çox gümrah hiss edir. Sadəcə onu görüşlər çox yorur. Gündə ən azı 7-8, 10 belə görüşlər keçirməyə məcbur olur. Dəfələrlə İlqarın özü də, bizlər də səmimi şəkildə qeyd etmişik ki, REAL-ın, İlqarın tanıtımı bu həbsdən sonra daha güclü və dalğalı şəkildə oldu. Beş il yarımdan artıq bir şəxsin həbsdə saxlanılması, orada da öz duruşunu göstərməsi, eləcə də, günahsız olduğu barədə daim bəyanatlarını səsləndirməsi onun və partiyamızın daha çox tanınmasına səbəb oldu. Təbii ki, İlqara uzun müddət ailəsindən və dostlarından ayrı qalması çox mənfi hal oldu. Gənc bir insanın həyatından beş il yarımdan artıq müddət vaxt almaq çox ağrılı bir prosesdir. Siyasətçi İlqar Məmmədovun həbs edilməsi özünün və REAL-ın siyasi kapital yığmasına, insanlar tərəfindən daha çox sevilməsinə səbəb oldu”.

Şərhlər

XƏBƏR LENTİ