XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ordu və jurnalisti söyən deputat xalqı iqtidarın üstünə qaldırdı - Biznesi...

Ordu və jurnalisti söyən deputat xalqı iqtidarın üstünə qaldırdı - Biznesi...

Ordu və jurnalisti söyən deputat xalqı iqtidarın üstünə qaldırdı - Biznesi...
21-05-2018, 09:10

Deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynovun Azərbaycan ordusunu və jurnalisti təhqir etməsi sosial şəbəkələrdə etiraz doğurub

Məlumata görə, Ə.Hüseynov növbəti danışığını bilməyən millət vəkilidir. Parlament üzvləri tez-tez aşağılayıcı fikirləri ilə cəmiyyəti, medianı təhqir edirlər.

Ə.Hüseynov da onlardan geri qalmayıb. “Azərbaycan Ordusunun 100 illiyi yubileyinin necə keçirilməsini istəyirsiniz” sualına gözlənilmədən təhqiramiz ifadələr işlədib:

“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.

Deputatın gözlənilməz münasibətindən təəccüblənən müxbir onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.

Əslində, Ə.Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib. Onun jurnalist zəng edən zaman hansı vəziyyətdə olduğunu deyə bilmərik.

Belə ehtimal etmək olar ki, ya həmin an əsəbi olub, yaxud içkili vəziyyətdə imiş. Çünki başqa bir səbəb ola bilməz ki, normal suala deputat təhqirlə cavab versin.

Jurnalist hərbçi deputatdan ordumuzun 100 illiyinin necə keçirilməsini arzulayardı soruşmaq istəyəndə ordu və jurnalistlər haqda ağzına gələni deyib. Əslində, hərbçi olaraq ona ünvanlanmalı sual idi və müxbir də doğru olanı edib.

Ölkənin ali qanunvericilik orqanının mandatını daşıyan bir şəxsin bu cür davranış sərgiləməsi min kərə təəssüf doğurur.

Maraqlıdır, Ə.Hüseynov niyə belə qəzəbli olub? Sualı dinlədikdən sonra nə üçün təhqirə keçib?

Artıq deputatların çıxışları əndazəni aşıb. Cəmiyyəti qıcıqlandıran, səviyyəsiz çıxışları ilə xalqla hökumət arasında gərginliyə səbəb olurlar.

“General rütbəsi daşıyan birisinin söyüşlərdən istifadə etməsi təəssüf doğurur. O cür adam necə Milli Məclisə deputatı olub?!

Salyan camaatına böyük hörmətim var, amma jurnalistə qarşı tərbiyəsiz ifadə işlədən birisini necə deputat seçiblər?! Bunu anlaya bilmirəm”.

Bu sözləri açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Binəqədi rayon şöbəsinin sədri, “Qəmlo” ləqəbi ilə tanınmış Əliağa Hüseynovun Ordumuzu və jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Şahin Ağayevin sözlərinə görə, Əliağa Hüseynov heç vaxt Milli Ordunun tərkibində xidmət keçməyib: “Əliağa Hüseynov Sovetin dövründə general olub. Sovet rejiminə xidmət edən birisi kimi tanınır.

Onun içində Milli Orduya sevgi olmayıb. Sonra müstəqillik illərində hansısa yollarla özünə yer edib, vəzifə qazanıb. Bu cür birisini insanlar arasına çıxartmaq belə doğru deyil.

O sovet dövründə və müstəqilliyin ilk illərində Hərbi komissarlıqlarda çalışıb, amma heç vaxt Milli Orduya bağlılığı olmayıb. Biz o cür insanlara “qərargah...” deyirdik”.

FİA.Az xəbər verir ki, Salyandan seçilən deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır.

Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranının ona məxsus olduğu bildirilir. Deputatın bundan əlavə Salyanda ferması da mövcuddur.

Salyanın deputatı, general-leytenant Əliağa Hüseynovun biznesi durğunluq dövrünü yaşayır.

Məlumata görə, millət vəkilinin obyektləri çökür. Rayonda Kür çayının qırağında yerləşən restoranı və soyuducu zavodu iflas etmək üzrədir.

Bakıda isə “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranı müflisləşməkdədir. Generalın bu obyektlərdə şəriki isə Türkiyə vətəndaşıdır. Onun torpaq biznesində də adı hallanıb. Və deputatın işləri yaxşı getmir.

Bundan başqa, generalın Ələt-Astara yolunda 1700 hektar torpaq sahəsi var. Ə.Hüseynov həmin əraziləri icarəyə verib.

Salyan və Sabirabaddakı qoyunçuluq təsərrüfatlarına, sünibalıq göllərinə sahiblənib. Millət vəkilinin biznes imperiyasının bilinməyən tərəfləri də var və siyahı heç də bu obyektlərlə məhdudlaşmır.

Əldə etdiyimiz məlumata görə, Ə.Hüseynovun prezidentin Dövlət Mühafizə Xidmətinin rəisi, əslən salyanlı Vaqif Axundovla yaxşı münasibətləri var.

“Salyan uğrunda gedən nüfuz savaşında hər iki saylanlı çiyin-çiyinə mübarizə aparıblar. Deputat seçilməmişdən əvvəl çoх vədlər vermişdi.

Amma heç birini həyata keçirmədi. İcra başçısı işləyəndə sakinlərin problemləri ilə maraqlanan, hər kəsə əl tutan Əliağa Hüseynov insanlarda inam yaratmışdı.

Amma Milli Məclisə gedəndən sonra özünə olan inamı itirdi. 5 il ərzində heç bir seçicisinin problemi ilə maraqlanmayıb, rayonun hər hansı bir problemini parlamentdə qabartmayıb. İndiyədək onun hər hansı bir çıхışını eşitməmişik.

Əvəzində özü və ailə üzvləri, həmçinin qohumlarının adı müхtəlif qalmaqallarda hallanır” deyə sakinlər bildirib.

Fia.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.